Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verdi
2019-cu il dekabrın 23-ü ölkəmizdə növbəti bələdiyyə seçkiləri günüdür. Muxtar respublikada bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi yaradılıb, 2122 namizəd qeydə alınıb. Bələdiyyə seçkilərində 170 bələdiyyəyə 1452 üzv seçilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki…