Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi fəaliyyətə başlayıb
İyunun 21-də Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişib.…