Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb, Norveç Krallığının Azərbaycandakı səfirliyinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni qeyd edib. İkitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolundan, təhsil, mədəniyyət və ticarət sahələrindəki əlaqələrdən bəhs edən Ali Məclisin…

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının inkişaf tarixi və bu sahədə görülən işlər barədə məlumat veriblər. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov çıxış edərək deyib ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycanın və Rusiyanın dost ölkələr olduğunu və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib. Naxçıvan Muxtar Respublikası ilə Rusiya arasındakı əlaqələrin tarixinə nəzər salan Ali Məclisin Sədri qeyd edib ki, hazırda ikitərəfli…

Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı inşa olunur

Coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, müasir inkişafı və turizm potensialı Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatına olan tələbatı artırır, mülki aviasiya sahəsində müasir infrastruktur yaradılır. Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası da bu sahədə görülən işlərin davamıdır. Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar…

Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər verilmişdir

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, Naxçıvan Beynəlxalq Hava Limanının madditexniki bazası gücləndirilir. Noyabrın 2-də Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri VasifTalıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxmışlar. Qeyd olunmuşdur ki, Naxçıvan Beynəlxalq…

Yeni inzibati bina istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Kənd təsərrüfatı ilə bağlı biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik”. Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının yaradılması sahəsində ardıcıl tədbirlər görülür. Xüsusilə aqrar sahənin elmi şəkildə inkişafı diqqətdə saxlanılır.…