Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb, Norveç Krallığının Azərbaycandakı səfirliyinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni qeyd edib. İkitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolundan, təhsil, mədəniyyət və ticarət sahələrindəki əlaqələrdən bəhs edən Ali Məclisin…

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının inkişaf tarixi və bu sahədə görülən işlər barədə məlumat veriblər. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov çıxış edərək deyib ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının…