NAXÇIVAN MUXTAR RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

  1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin məktublar şöbəsinə daxil olur və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 03.02.2018-ci il tarixli 5 nömrəli Qərarla təsdiq edilmiş “Daxili işlər orqanlarında və daxili qoşunlarda vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatla qeydiyyata alınır və baxılır.
  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  3. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  4. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  5. Müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  6. Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
  7. Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin E-mail: info@nmia.gov.az  ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Naxçıvan şəhəri, AZ 7000, Nizami küçəsi 42, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi.