Fəsil V. Yekun müddəalar

 

Maddə 18. Dövlət daktiloskopik qeydiyyatının aparılması tədbirlərinin maliyyələşdirilməsi
Dövlət daktiloskopik qeydiyyatının aparılması, daktiloskopik məlumatların saxlanılması və istifadə edilməsi, habelə bu tədbirlərin həyata keçirilməsi üçün maddi-texniki təminat məsələlərinin maliyyələşdirilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 19. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 22 fevral 2000-ci il
№ 816-IQ
«Azərbaycan» qəzetində dərc edilmşdir (24 mart 2000-ci il, № 64).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2000-ci il, № 3, maddə 147).
27 oktyabr 2009-cu il tarixli, 900-IIIQD nömrəli; 6 oktyabr 2015-ci il tarixli, 1346-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.