Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əlavə olunan təsviri, eskizi və nümunəsi təsdiq edilsin.
II. Şəxsiyyət vəsiqəsinin spesifikasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
III. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 244) 3-cü maddəsinin birinci hissəsi aşağıdakı redaksiyada ifadə edilsin:
«16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı və verilmə tarixi göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir».
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 fevral 1998-ci il.
№ 432-IQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 mart 1998-ci il, № 62).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 142) .
4 dekabr 1998-ci il tarixli, 568-IQD nömrəli dəyişiklik və əlavələr .
Azərbaycan Respublikasının 13 fevral 1998-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.
Şəxsiyyət vəsiqəsinin eskizi
16 yaşına çatmış vətəndaşlar üçün
Üz tərəf |
Arxa tərəf |
||||||
Azərbaycan Respublikası vətəndaşının |
Ailə vəziyyəti | Hərbi vəzifəsi | Qan qrupu | Gözlərinin rəngi | Cins | ||
Seriya | № | Yaşayış yeri | Boyu | ||||
Soyadı | Vəsiqəni verən orqanın adı | ||||||
Adı |
Möhür yeri |
||||||
Fotoşəkil üçün yer |
Atasının adı | Vəsiqənin verilmə tarixi | Vəsiqə sahibinin imzası | ||||
Doğulduğu yer və tarix | Etibarlıdır |
16 yaşına çatmamış vətəndaşlar üçün
Üz tərəf |
Arxa tərəf |
||
Azərbaycan Respublikası vətəndaşının |
Yaşayış yeri | Qan qrupu | |
Seriya | № | ||
Soyadı | Doğulduğu yer və tarix | Vəsiqəni verən orqanın adı | |
Adı |
Möhür yeri |
||
Atası | Cinsi | Vəsiqənin verilmə tarixi | |
Anası | Etibarlıdır |
Azərbaycan Respublikasının 13 fevral 1998-ci il tarixli
Qanunu ilə təsdiq edilmişdir.
Şəxsiyyət vəsiqəsinin təsviri
Şəxsiyyət vəsiqəsi 106 mm x 74 mm ölçülüdür. Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303-cü sənədlərinə uyğundur.
Şəxsiyyət vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi» sözləri yazılmışdır.
Şəxsiyyət vəsiqəsinə onun nömrəsi və seriyası yazılmışdır.
a) 16 yaşına çatmamış vətəndaşlar üçün:
– şəxsiyyət vəsiqəsinin üz tərəfində «Soyadı», «Adı», «Atası», «Anası», «Doğulduğu yer və tarix», «Cinsi» sözləri yazılmışdır;
– arxa tərəfində «Qan qrupu», «Yaşayış yeri», «Vəsiqəni verən orqanın adı», «Vəsiqənin verilmə tarixi», «Etibarlıdır» sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.
b) 16 yaşına çatmış vətəndaşlar üçün:
– şəxsiyyət vəsiqəsinin üz tərəfində gerbin alt hissəsində 25 mm x 30 mm ölçülərində fotoşəkil üçün yer qoyulmuşdur;
– ortada «Soyadı», «Adı», «Atasının adı», «Doğulduğu yer və tarix» sözləri yazılmışdır;
– arxa tərəfində «Ailə vəziyyəti», «Hərbi vəzifəsi», «Boyu», «Qan qrupu», «Gözlərinin rəngi», «Cinsi», «Yaşayış yeri», «Vəsiqəni verən orqanın adı», «Vəsiqənin verilmə tarixi», «Vəsiqə sahibinin imzası», «Etibarlıdır» sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.