art 1999-cu il

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
  2. «Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası» təsdiq edilsin (əlavə olunur).
  3. «Mexaniki nəqliyyat vasitələrinin və qoşquların dövlət qeydiyyat Qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli 262 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
  4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 195).

25 oktyabr 2001-ci il tarixli, 168 nömrəli; 2 iyun 2003-cü il tarixli, 73 nömrəli; 2 may 2006-cı il tarixli, 119 nömrəli; 22 may 2006-cı il tarixli, 129 nömrəli; 13 sentyabr 2006-cı il tarixli, 207 nömrəli; 14 oktyabr 2006-cı il tarixli, 224 nömrəli; 1 noyabr 2006-cı il tarixli, 235 nömrəli;8 fevral 2008-ci il tarixli, 35 nömrəli; 13 fevral 2008-ci il tarixli, 45 nömrəli; 12 avqust 2008-ci il tarixli, 186 nömrəli; 10 iyun 2009-cu il tarixli, 90 nömrəli; 20 avqust 2010-cu il tarixli, 155 nömrəli; 20 may 2011-ci il tarixli, 82 nömrəli; 21 fevral 2012-ci il tarixli, 41 nömrəli; 11 may 2012-ci il tarixli, 113 nömrəli; 29 may 2013-cü il tarixli, 88nömrəli; 12 iyun 2013-cü il tarixli, 135 nömrəli; 2 avqust 2013-cü il tarixli, 201 nömrəli; 5 may 2014-cü il tarixli, 122 nömrəli; 20 avqust 2014-cü il tarixli, 287 nömrəli; 30 dekabr 2014-cü il tarixli, 410nömrəli; 30 mart 2015-ci il tarixli, 94 nömrəli; 3 aprel 2015-ci il tarixli,100 nömrəli; 20 avqust 2015-ci il tarixli, 286 nömrəli; 15 fevral 2016-cı il tarixli, 43 nömrəli Qərarlara əsasən dəyişikliklər və əlavələrlə.

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli

39 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında

Əsasnamə

  1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra «nəqliyyat vasitələri») dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra «qeydiyyat») qaydalarını müəyyən edir.

1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra «nəqliyyat vasitələrinin mülkiyyətçiləri»)* onlara məxsus olan:

1) mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində;**

2) tramvayları və trolleybusları yerli icra hakimiyyəti orqanlarında;**

3) traktorları, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində; **

4) texnoloji nəqliyyat vasitələrini, habelə bu bəndin 1-ci və 3-cü yarımbəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində; **

5) yarış məqsədli idman nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər; **

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyində** vahid dövlət qeydiyyatına alınırlar.

Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələri həmin dövlət orqanları tərəfindən dövlət qeydiyyatına alınır.

1.3. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin yaxud haqların ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir.

Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir.

Qeyd: Xüsusi xidmət və əməliyyat orqanlarının istifadəsi üçün nəqliyyat vasitələrinə qeydiyyat zamanı verilmiş dövlət qeydiyyat nişanlarından başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi rəhbərliyinin icazəsi ilə əlavə dövlət qeydiyyat nişanları verilə bilər.

1.4. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda:

1) əldə edildiyi vaxtdan on gün ərzində;

2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;

3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində;

4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində;

5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar.

1.5. Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra «qeydiyyat hərəkətləri» adlanır.

1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər:

  • nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini;
  • nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini;
  • qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını;
  • nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini;
  • özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini;
  • bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini;
  • nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin «bir pəncərə» prinsipi əsasında təşkil edilməsini.

Nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların uçotunun aparılmasını, satılmış avtomobillərin yol hərəkətinə müvəqqəti buraxılması üçün «tranzit» nişanları və hesab-arayış blankları ilə təchiz olunmasını və onların sərf edilməsinə müvafiq qaydada vaxtaşırı nəzarəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

1.7. Uçotda dayanan və qeydiyyata alınmış nəqliyyat vasitələri və onların mülkiyyətçiləri barədə mərkəzləşdirilmiş və regionlar üzrə qeydiyyatın uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.

1.8. Azərbaycan Respublikasının ərazisində:

1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan;

2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır.

1.9. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu və vergilər yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər.

  1. Nəqliyyat vasitələrinin qeydiyyatı

2.1. Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

2.2. Fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır.

Mülkiyyətçisinin yaşayış yeri üzrə qeydiyyata alınmasına maneçilik törədən səbəblər meydana çıxdıqda (mülkiyyətçinin müqavilə üzrə müvəqqəti iş yerinə, oxumağa, hərbi xidmətə, yaxud başqa səbəbdən nəqliyyat vasitəsindən istifadə edilməsi mümkün olmayan yerə getməsi) ikitərəfli yazılı razılıq əsasında nəqliyyat vasitəsini, mülkiyyətçinin qohumlarının yaşayış yerində, həmçinin müqavilə vaxtı qurtardıqdan, təhsili, yaxud hərbi xidməti başa vurduqdan sonra mülkiyyətçinin qayıdacağı əvvəlki yaşayış yerində qeydiyyata almağa icazə verilir. Bu hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisi yuxarıda göstərilənlər barədə təsdiqedici sənədlər təqdim etməlidir.

2.3. Hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi ərazi üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda qeydiyyata alınır. İdarə, müəssisə və təşkilatların hüquqi şəxs olmayan filiallarının, bölmələrinin və başqa tərkib hissələrinin istifadəsində olan nəqliyyat vasitələri onların yerləşdikləri bölgələrdə qeydiyyata alına bilər. Belə halda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində hüquqi şəxsin — mülkiyyətçinin adı, ünvanı və əlavə olaraq nəqliyyat vasitəsini istifadə edən filialın ünvanı göstərilir.

2.4. Avtomobil sənayesi zavodlarının istehsal etdiyi və Müdafiə Nazirliyinin təsdiq etdiyi texniki şərtlər əsasında istehsal olunmuş avtonəqliyyat vasitələri istisna olunmaqla, digər avtonəqliyyat vasitələri qeydiyyata alınarkən, mülkiyyətçilər qeydiyyat məntəqəsinə nəqliyyat vasitəsində konstruksiyasının yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş şəhadətnaməni (onun kserosurətini) təqdim etməlidir. Nəqliyyat vasitəsinin hərəkət şəraitini məhdudlaşdıran şərtlər olduqda, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və qeydiyyat kartoçkasında məhdudiyyətin məzmunu barədə müvafiq qeydlər aparılır.

2.5. «Əməliyyat xidmətlərinin nəqliyyat vasitələri, rəngli qrafik sxemləri, tanınma nişanları, xüsusi işıq və səs siqnalları» dövlət standartının və digər standartların, həmçinin onların əsasında hazırlanmış bölgə standartlarının aid edildiyi xüsusi nəqliyyat vasitələrində həmin standartlara müvafiq rəng və tanınma yazısı olmalıdır.

2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının apırılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeydiyyata alınan nəqliyyat vasitəsinə dövlət texniki baxış talonu verilir.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlər iş günü ərzində fasiləsiz olaraq həyata keçirilir.

Nəqliyyat vasitəsinin müayinəsi növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılır.

Texniki müayinə həmin orqanların müfəttişi (inspektoru) və ya baş müfəttişi (baş inspektoru) tərəfindən həyata keçirilir. Müayinənin nəticəsi barədə ərizədə müvafiq qeyd aparılır və ya akt tərtib edilib möhürlə təsdiqlənir.

2.7. Qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq və digər səbəblərdən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbləri qeyd etməli və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən ona göstəriləcək xidmət üçün rüsum ödəməlidir. Rüsumun ödənilməsi barədəsənəd təqdim edildikdən sonra beş gün ərzində həmin orqanlar nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidirlər.

Qeyd: Bu bənddə göstərilən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

1) ərizə;

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların(nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların ödənilməsi barədəsənəd;

5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

2.8-1. Nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı dövlət qeydiyyatını həyata keçirən orqanlara internet vasitəsilə elektron formada müraciət edə bilər. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqan müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün «Elektron növbə» idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsini müəyyən edir və bu barədə (tarix və vaxt göstərilməklə) onlara eyni qaydada məlumat verir.

2.8-2. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 2.8-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət qeydiyyatını həyata keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.

2.8-3. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

2.9. Nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir:

  • istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər;
  • nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı;
  • komisyon və ticarət təşkilatlarının verdiyi arayış-hesab;
  • vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt;
  • əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı;
  • qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;
  • nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin Qeydiyyat-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir;
  • müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər.

2.10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisində uçota alınmış və nəqliyyat vasitələrinin alqı-satqısı üzrə ixtisaslaşmış hüquqi şəxs statuslu müəssisə, təşkilat və firmalar tərəfindən respublikaya satış üçün gətirilmiş təzə nəqliyyat vasitələri, onları almış hüquqi və fiziki şəxslərin adına, həmin nəqliyyat vasitələrinin respublikaya gətirilməsinə dair gömrük sənədləri, satılmaq barədə arayış-hesab, tranzit nişanları və bu Əsasnamənin 2.8-ci bəndində nəzərdə tutulmuş digər müvafiq sənədlər əsasında qeydiyyata alınır.

2.11. Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır.

Sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və dövlət qeydiyyatından keçirilməsi qadağandır.

2.12. Bu Əsasnamənin 2.11-ci bəndinə uyğun sərbəst quraşdırılmış və hazırlanmış nəqliyyat vasitələri mülkiyyətçilərinin adına aqreqatların, dəstlərin (qovşaqların), hissələrin və materialların alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında «Avtomobilçi» cəmiyyətinin texniki nəzarət komissiyasının rəyinə və DYP İdarəsi ilə razılaşdırılmış «Fərdi qaydada hazırlanmış nəqliyyat vasitələrinə texniki tələblər»ə uyğun olarsa, bu Əsasnamənin 2.8-ci bəndində göstərilən qaydada həmin nəqliyyat vasitələri qeydiyyata alınır. İstehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.

2.13. İdman saraylarında, stadionlarda idman tədbirləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri mağazanın verdiyi arayış-hesab əsasında bu Əsasnamənin 2.8-ci bəndində göstərilən qaydada qeydiyyata alınır. Arayış-hesab əks tərəfi lotoreya komissiyasının üzvləri tərəfindən doldurulmaqla avtomotonəqliyyatı udmuş şəxs haqqında məlumatlar yazılır, lotoreya komissiyasının sədri və tədbir keçirən idarənin rəhbərliyi tərəfindən imza edilir və möhürü ilə təsdiqlənir.

2.14. Müvafiq dövlət orqanlarının komisyon ticarət mağazaları vasitəsi ilə satdığı (müsadirə edilmiş, yaxud mülkiyyətçisi olmayan) nəqliyyat vasitələri məhkəmənin qərarı (qərardadı), yaxud digər səlahiyyətli dövlət orqanlarının qərarları və mağazanın arayış-hesabı əsasında bu Əsasnamənin 2.8-ci bəndində göstərilən qaydada qeydiyyata alınır. Maliyyə, yaxud digər dövlət orqanlarından komisyon mağazaya qəbul edilmiş nəqliyyat vasitəsinin qeydiyyat sənədləri olmadıqda alıcıya verilən arayış-hesabda «nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmadan qəbul olunub və satılıb» yazılmalı və bu qeyd mağaza müdirinin imzası və möhürlə təsdiq edilməlidir.

2.15. İstehsalçı müəssisənin və avtotəmir zavodlarının texniki şərtlərinə müvafiq olaraq nəzarət sınağı keçən nəqliyyat vasitələrinə bir ildən çox olmayan müddətə üzərində «Sınaq» işarəsi yazılmış qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

2.16. Sınaq keçən təcrübə nümunəli nəqliyyat vasitələrinin qeydiyyatı zamanı «Sınaq» işarəsi qeyd olunmuş qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Qeydiyyata almaq üçün əsas kimi nəqliyyat vasitəsinin texniki tapşırıqda nəzərdə tutulmuş təhlükəsizlik tələblərinə uyğun olması və sınağa buraxılması barədə istehsalçı müəssisənin ekspert rəyi qəbul edilir.

2.17. Əvvəllər qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «İnterpol» Milli Mərkəzi Bürosu vasitəsi ilə edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, qeydiyyat orqanına müvafiq konsul şəhadətnaməsi təqdim edilir.

Qeyd: «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu və gömrük işi haqqında qanunvericilik aktlarının qüvvəyə minməsindən əvvəl qaçqın və məcburi köçkün düşmüş vətəndaşlar və digər şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələri, onların sahibliyini təsdiq edən sənədlər əsasında qeydiyyata alınır və bu barədə nəqliyyat vasitəsinin daimi uçot yerinə müvafiq məlumat göndərilir.

2.18. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınır.

  1. Diplomatik nümayəndəlik və konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinin qeydiyyata alınmasının xüsusiyyətləri

3.1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edirlər.

3.2. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və «D» seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

3.3. Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə «T» seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

3.4. Fəxri konsulluqların nəqliyyat vasitələrinə «FK» seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

  1. Nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması

4.1. Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır:

1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;

2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;

3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;

4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə.

4.2. Fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişdiyi hallarda nəqliyyat vasitələrinin təkrar qeydiyyatı sahibinin ərizəsi əsasında bu Əsasnamənin 2.8-ci bəndində göstərilən qaydada aparılır.

4.2-1. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.

4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8 bəndinə müvafiq qaydada aparılır.

Nəqliyyat vasitəsinin mülkiyyətçisi öldükdə, əgər onun adından verilmiş bağışlama müqaviləsi notarius tərəfindən təsdiq edilmişdirsə, nəqliyyat vasitəsinin yeni mülkiyyətçisinin adına qeydiyyata alınması bağışlama müqaviləsi, əvvəlki mülkiyyətçinin ölümü haqqında şəhadətnamə, yaxud şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməklə həll olunur.

4.3-1. Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.

Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.

4.4. Mülkiyyətçinin soyadı, adı, atasının adı dəyişdikdə nəqliyyat vasitəsinin təkrar qeydə alınması nigah şəhadətnaməsi (onun surəti), yaxud Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və ya Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən verilmiş digər sənədlər əsasında və bu Əsasnamənin 2.8-cu bəndində göstərilən qaydada yerinə yetirilir.

4.5. Avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır:

  • avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq orqanın verdiyi icazə;
  • avtotəmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir);
  • nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı;
  • avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi;
  • həmçinin 2.8 bəndində göstərilmiş digər müvafiq sənədlər.

Qeyd: Əsasnamənin 2.9-cu bəndində göstərilənlərdən başqa aqreqatların alınmasının qanuniliyini təsdiq edən sənədlər aşağıdakılardır: pərakəndə və komisyon ticarəti mağazalarının, yaxud texniki xidmət stansiyalarının qovşaqların və hissələrin satılmasına dair verdikləri əmtəə qəbzləri (yarlıqları); xəzinəyə mədaxil orderinə əlavə verilmiş qəbz və ehtiyat hissələrinin satılmasına (buraxılmasına) dair müəssisələrin verdiyi qaimə.

4.6. Avadanlıqla təchiz edilib yenidən yığılması və aqreqatların dəyişdirilməsinin xüsusiyyətləri:

1) Nəqliyyat vasitələrinin markasının dəyişdirilməsi ilə nəticələnən avadanlıqla təchiz edilməsi və yenidən yığılmasına icazə verilmir.

2) Bir markadan olan nəqliyyat vasitələrinin başqa modelə avadanlıqla təchiz edilib yenidən yığılmasını texniki xidmət stansiyalarında, avtotəmir zavodlarında, avtonəqliyyat müəssisələrində və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan digər müəssisələrdə həyata keçirilə bilər.

Minik avtomobillərinin qabaq ötürücüyə və əksinə dəyişdirilməsinə, eləcə də digər markalı minik avtomobillərinin banının həmin növə analoji konstruksiyalı banla əvəz edilməsinə, istehsalçı zavodun texniki şərtləri daxilində yalnız avtomobillərə texniki xidmət stansiyalarında icazə verilir.

3) Eyni modeldən olan nəqliyyat vasitələrinin banını və aqreqatlarını dəyişməyə həm bu bəndin 2-ci hissəsində göstərilmiş müəssisələrə, həm də nəqliyyat vasitəsinin mülkiyyətçisinin özünə icazə verilir.

4) Eyni markadan olan nəqliyyat vasitələrinin mühərrikini və çərçivəsini texniki şərtlər daxilində sərbəst qoymağa icazə verilir. Başqa hallarda dəyişdirilmə istehsalçı zavodun məsləhəti və ya Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Elmi Təşkilatın rəyi əsasında həyata keçirilə bilər.

Müxtəlif markadan olan avtomobillərin mühərrikləri qarşılıqlı əvəz edilmir. İstisna olaraq, həmin markalı mühərrikləri digər markalı avtomobillərə qoymaq olar. Bu halda onların mühərrikləri aşağıdakı tələblərə uyğun gəlməlidir: onların gücü və dirsəkli valın fırlanma tezliyi, çəkisi və gövdə ölçüləri firma mühərriklərinin həmin parametrlərinə yaxın olmalı və onların avtomobildə möhkəm bərkidilməsini, transmissiyanın və kommunikasiyaların möhkəm birləşməsini təmin etməlidir, həmçinin sükan icarəedicisinin və tormoz sisteminin işi pozulmamalıdır.

5) Avadanlıqla təchiz edilmə və yenidən yığılma, yaxud təmir vaxtı nəqliyyat vasitələrinin azad olmuş aqreqatları (banı, mühərriki, çərçivəsi, mühərrikin bloku) mülkiyyətçilərinin sərəncamında qalır və onlardan istədikləri kimi istifadə edə bilərlər. Nəqliyyat vasitəsinin sahibi həmin aqreqatları, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanların müvafiq arayışı əsasında komisyon, ticarət mağazası vasitəsi ilə başqa şəxsə və ya texniki xidmət stansiyasına sata, notarial qaydada bağışlaya bilər.

6) Əlil vətəndaşlara məxsus nəqliyyat vasitələrinin, əgər onların sahiblərinin belə nəqliyyat vasitələrini idarə etməsini qadağan edən tibbi göstəriciləri yoxdursa və qoyulmuş idarəetmə mexanizminin etibarlılığı yoxlanıbsa, adi idarəetmədən əl ilə idarəetməyə keçməyə icazə verilir. Əl ilə idarəetmə dəstinin quraşdırılması avtomobillərə texniki xidmət stansiyalarında yerinə yetirilməlidir.

4.7. Dəyişikliklər edilməsi və rəsmiləşdirmə qaydası:

1) Nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir. «Qeydiyyat üçün əsas» bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin «Buraxılış ili» bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır.

2) Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, həmçinin yük nəqliyyat vasitəsinin banının növü dəyişdirilərkən həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.

3) Maye qazla işləmək üçün dəyişiklik edilmiş nəqliyyat vasitələri mülkiyyətçinin, nəqliyyat vasitəsinin texniki şərtlərə uyğun olması barədə təqdim etdiyi akt və bu Əsasnamədə nəzərdə tutulmuş digər sənədlər əsasında təkrar qeydiyyata alınır.

4) Mühərrik yanacağı kimi sıxılmış təbii qazdan istifadə etmək üçün avtotəmir zavodlarında, istehsal kombinatlarında, avtomobillərə texniki xidmət stansiyalarında, nəqliyyat vasitələrinin mənsub olduğu nazirliklərin, baş idarələrin təsdiq etdikləri siyahıda göstərilən həmin işləri görmək üçün müvafiq texnoloji avadanlığı və istehsal bazası olan iri avtotəsərrüfatlarda qazbalonlu sistemə avadanlıqlaşdırılmış və «Avtonəqliyyat» Dövlət Konsernin sınaq stansiyalarında (məntəqələrində) yanacaq təchizetmə sistemi sıxılmış hava ilə sınaqdan çıxarılmış yük avtomobilləri təkrar qeydiyyata alına bilər.

Avadanlıqla təchiz edilib yenidən yığılmış və yanacaq sistemi sınaqdan çıxmış avtomobilin benzin modelindən sıxılmış təbii qazla işləyən qazbalon modelinə dəyişdirilmiş avtomobillərin yanacaq sistemləri dəyişdirildikdən və sınaqdan çıxarıldıqdan sonra buraxılması barədə texniki şərtlərinə uyğun gəlməsini təsdiq edən sənəd təhvil-təslim aktıdır və həmin akt sıxılmış qazla işləmək üçün avadanlıqla təchiz edilib yenidən yığılmış avtomobillərin təkrar qeydiyyata alınması üçün əsasdır. Yenidən quraşdırılmış avtomobillərə yeni indekslər verilir.

5) Mülkiyyətçisi dəyişən və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanların xidmət ərazisindən çıxarılıb kənara aparılan nəqliyyat vasitələri təkrar qeydiyyata yeni uçot sahəsində alınır.

6) Əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır.

Ər və arvad arasında nəqliyyat vasitələrinin birinin adından çıxarılıb digərinin adına keçirilməsinə, onların birgə ərizələri və ümumi mülk qisminə mülkiyyət hüququ verən notariat kontorunun şəhadətnaməsi əsasında icazə verilir.

  1. Nəqliyyat vasitələrinin uçotdan çıxarılması

5.1. Bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:

1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;

2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;

3) nəqliyyat vasitələri çıxdaş edildikdə.

5.2. Nəqliyyat vasitəsinin uçotdan çıxarılması Əsasnamənin 2.8-ci bəndində nəzərdə tutulmuş qaydada mülkiyyətçinin ərizəsi əsasında həyata keçirilir. Dövlət qeydiyyat nişanlarının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi və «tranzit» nişanlarının verilməsi (5.1-ci bəndin 3-cü hissəsi istisna olmaqla) barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər edilir.

Nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qeydiyyat məntəqəsinə təhvil verilir. Mülkiyyətçilərin istəyindən asılı olaraq, onlara 4.6-cı bəndin 5-ci hissəsində nəzərdə tutulmuş formada arayış verilə bilər.

Qeyd: Hüquqi şəxslərin çıxdaş edilmiş nəqliyyat vasitələri, həmin təşkilatların təsdiq etdikləri akt əsasında uçotdan çıxarılır.

5.3. Nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər.

Nəqliyyat vasitələrinin uçotdan çıxarılmasına, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyətlər göstərilən orqanların, vəzifəli şəxslərinin qərarı ilə qoyula bilər.

5.4. Nəqliyyat vasitələrinin avtotexxidmət müəssisəsinin qəbul məntəqəsinə verilməsi üçün uçotdan çıxarılması mövcud qaydada yerinə yetirilir. Bu halda dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqana təhvil verilir, mülkiyyətçiyə isə həmin orqan tərəfindən müvafiq formada arayış verilir.

5.5. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar nəqliyyat vasitəsi uçotdan çıxarıldıqda, qeydiyyat şəhadətnaməsində onun getdiyi yer, yeni mülkiyyətçinin soyadı, adı, atasının adı göstərilir.

5.6. Əvvəllər xaricdən gətirilmiş nəqliyyat vasitələri özgəninkiləşdirmək məqsədi ilə yalnız mülkiyyətçisində özgəninkiləşdirməyə aid vergi və rüsumların tam ödənilməsi barədə gömrük orqanları tərəfindən verilmiş sənəd, sosial-təminat orqanları vasitəsilə alınmış əllə idarə edilən nəqliyyat vasitələri üçün isə sosial-təminat orqanlarının icazə sənədi olduqda uçotdan çıxarıla bilər.

  1. Nəqliyyat vasitələrinin müvəqqəti uçota və müvəqqəti qeydiyyata alınması

6.1. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi hissələrində təxirəsalınmadan müvəqqəti uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir (Əsasnaməyə 3 nömrəli əlavə).

6.2. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci hissəsində nəzərdə tutulmuş orqanda nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə müvəqqəti dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.

6.3. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud haqların və yığımlarınödənilməsi barədə sənəd;

4) lazım olarsa, nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu təsdiq edən sənədi;

5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini.

6.4. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər bu Əsasnamənin 1.2-ci bəndinin 1—5-ci hissəsində göstərilən müvafiq orqanda 4.3-1-ci bəndində nəzərdə tutulmuş qaydada təkrar dövlət qeydiyyatından keçirilməlidir.

  1. Dövlət qeydiyyatından keçirilməyən nəqliyyat vasitələrinin yol hərəkətinə müvəqqəti buraxılması

7.1. Yol hərəkətinə müvəqqəti buraxılan nəqliyyat vasitələrinin Azərbaycan Respublikası üçün nəzərdə tutulmuş hərfi seriyalardan ibarət olan «tranzit» nişanları olmalıdır.

7.2. «Tranzit» nişanları aşağıdakılara verilir:

  • istehsalçı müəssisədən, avtomobil təmiri zavodlarından, gömrük orqanlarından və ticarət təşkilatlarından qeydiyyat yerinə sürülüb aparılan nəqliyyat vasitələrinə;
  • başqa regiona getmək üçün, yaxud ticarət təşkilatlarına verilmək üçün uçotdan çıxarılan nəqliyyat vasitələrinə;
  • digər modelə avadanlıqla təchiz edilib yenidən yığılması məqsədi ilə texniki xidmət stansiyasına və avtomobil zavoduna aparılan nəqliyyat vasitələrinə.

7.3. «Tranzit» nişanlarının verilməsi haqqında qeydiyyat şəhadətnaməsində, yaxud nəqliyyat vasitəsinin alınmasını təsdiq edən sənədlərdə müvafiq yazılar qeyd edilir.

7.4. «Tranzit» nişanları ciddi hesabat blankları sayılır və dövlət qeydiyyat nişanlarına bərabər tutulur.

Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi istehsalçı zavodlara, nəqliyyat vasitələrinin satışı ilə məşğul olan müəssisələrə, ticarət şəbəkəsi mağazalarına və özünün struktur qeydiyyat məntəqələrinə lazımi miqdarda «tranzit» nişanları verir.

7.5. Nəqliyyat vasitəsi qeydiyyata alınarkən, onun «tranzit» nişanları nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqana təhvil verilməlidir. Nəqliyyat vasitəsini sürüb komisyon mağazaya aparmaq üçün qeydiyyat orqanının mülkiyyətçiyə verdiyi «tranzit» nişanları həmin mağazalar tərəfindən götürülür və sonralar Azərbaycan Respublikası DİN DYPİ-nin qeydiyyat məntəqəsi əməkdaşlarının iştirakı ilə akt tərtib edilərək ləğv olunur.

  1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi

8.1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulmuş formada və qaydada verilir.

8.2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə onun dublikatını almaq üçün, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədəAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir.

  1. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı

9.1. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib olunur və verilir.

9.2. «Nəqliyyat vasitələri və onların qoşqularının nömrə nişanları, tipləri və əsas ölçüləri, texniki tələblər» AZS-599-2011 Azərbaycan Respublikası Dövlət Standartına görə dövlət qeydiyyat nişanları tətbiqindən asılı olaraq aşağıdakı rənglərdə ola bilər:

1) qırmızı rəngli — diplomatik və onlara bərabər sayılan digər təşkilatların və onların əməkdaşlarının nəqliyyat vasitələri üçün;

2) sarı rəngli — əcnəbilərin, xarici hüquqi şəxslərin və Azərbaycan—xarici ölkə birgə müəssisələrinin nəqliyyat vasitələri üçün;

3) göy rəngli — sərnişin daşınmasında istifadə edilən nəqliyyat vasitələri üçün;

4) qara rəngli — Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən xarici dövlətlərdən müvəqqəti gətirilmiş və müvəqqəti dövlət qeydiyyatına alınan nəqliyyat vasitələri üçün;

5) ağ rəngli — bu bəndin 1, 2, 3 və 4-cü hissələrində göstərilən nəqliyyat vasitələrindən başqa qalan bütün nəqliyyat vasitələri üçün.

Qeyd: Nəqliyyat vasitələri üçün istifadə olunan «Tranzit» nişanlarında yaşıl rəngli zolaq yerləşdirilir.

9.3. Dövlət qeydiyyat nişanı itirildikdə, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki dövlət qeydiyyat nişanının itirilməsi barədə ərazi üzrə polis orqanının və şəhər (rayon) DYP xidmətinin qeydləri olan müvafiq arayışını təqdim edir.

  1. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
  2. Bu qaydaların pozulmasına görə nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
  3. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılmasına aid reyestr, jurnal və kompüter bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədləri isəbeş ilmüddətində saxlanılır.

Nəqliyyat vasitələrinin uçotunun aparılması, qeydiyyat hərəkətlərinin həyata keçirilməsi ilə bağlı kargüzarlıq işinin aparılması, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanması, onlara nəzarət olunması və digər prosedur xarakterli işlərin həyata keçirilməsi bu Əsasnaməyə müvafiq olaraq 1.2-ci bənddə göstərilən orqanlar tərəfindən təsdiq edilmiş əlavə təlimatla tənzimlənir.

  1. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Əsasnamə ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.
  2. Qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir.
  3. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Əsasnamə ilə müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən qeydiyyat məntəqələrinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
  4. Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasındaninzibati qaydada və yaməhkəməyə şikayət edə bilər.

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli

39 nömrəli qərarı ilə

təsdiq edilmiş

Əsasnaməyə

1 nömrəli əlavə

Nəqliyyat vasitəsinin alqı-satqı

Müqaviləsi

____________ şəhəri «__» ____________ 199__ il
Biz «Satıcı» ________________________________________________________________

(fiziki şəxs, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,

______________________________________________________________________________

nə vaxt və kim tərəfindən verilib, yaşadığı ünvan)

______________________________________________________________________________

(Hüquqi şəxs: vəkil edilmiş şəxs, şəxsiyyət vəsiqəsinin seriyası

______________________________________________________________________________

və nömrəsi, nə vaxt və kim tərəfindən verilib, yerləşdiyi ünvan)

və «Alıcı» __________________________________________________________________

(fiziki şəxs, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,

______________________________________________________________________________

nə vaxt və kim tərəfindən verilib, yaşadığı ünvan)

______________________________________________________________________________

(Hüquqi şəxs: vəkil edilmiş şəxs, şəxsiyyət vəsiqəsinin seriyası

______________________________________________________________________________

və nömrəsi, nə vaxt və kim tərəfindən verilib, yerləşdiyi ünvan)

aşağıda göstərilən müqaviləni bağladıq:

1. «Satıcı» özünə məxsus olan nəqliyyat vasitəsini satır: markası ______________ dövlət qeydiyyat nişanı ______________ buraxılış ili ______________ Mühərrik №-si ______________ şassi №-si ______________ ban №-si ______________ «__»______________19____ ildə DYP tərəfindən verilmiş ______________________________________________________________________________

(qeydiyyat məntəqəsinin adı)

______________ seriyalı ______________ №-li qeydiyyat şəhadətnaməsi

2. Nəqliyyat vasitəsi __________________ manatla satılıb və bu məbləği «Satıcı» «Alıcı»dan alıb.

3. Bu Müqavilənin bir nüsxəsi ________________________________________________

______________________________________________________________________________

(qeydiyyat məntəqəsinin adı)

______________________________________________ DYP-də saxlanılır və hərəsindən bir nüxsə də «Satıcı» və «Alıcı»nın istəyindən asılı olaraq onlarda qalır.***

______________________________________

(«Satıcı»nın s.a.a., imzası)

______________________________________

(«Alıcı»nın s.a.a., imzası)

5. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün rüsum «__»______________19____ il tarixli ____ №-lisənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla __________________ məbləğində ödənilib.
Qeydiyyat məntəqəsinin
möhürü üçün yer
Qeydiyyat məntəqəsinin rəhbəri

_____________________________________________

(soyadı, adı, imza)

«__»______________19____ il

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli

39 nömrəli qərarı ilə

təsdiq edilmiş

Əsasnaməyə

2 nömrəli əlavə

Nəqliyyat vasitəsinin dəyişdirilməsi barədə

Müqavilə

____________ şəhəri «__» ____________ 199__ il
Biz __________________________________________________________________________

(fiziki şəxs, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,

______________________________________________________________________________

nə vaxt və kim tərəfindən verilib, yaşadığı ünvan)

______________________________________________________________________________

(Hüquqi şəxs: vəkil edilmiş şəxs, şəxsiyyət vəsiqəsinin seriyası

______________________________________________________________________________

və nömrəsi, nə vaxt və kim tərəfindən verilib, yerləşdiyi ünvan)

və ___________________________________________________________________________

(fiziki şəxs, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,

______________________________________________________________________________

nə vaxt və kim tərəfindən verilib, yaşadığı ünvan)

______________________________________________________________________________

(Hüquqi şəxs: vəkil edilmiş şəxs, şəxsiyyət vəsiqəsinin seriyası

______________________________________________________________________________

və nömrəsi, nə vaxt və kim tərəfindən verilib, yerləşdiyi ünvan)

aşağıda göstərilən müqaviləni bağladıq:

1. ____________________________________________________________________________

(fiziki şəxs və hüquqi şəxs, adı)

Özünə məxsus olan markası _______________________________________________ dövlət qeydiyyat nişanı ______________ buraxılış ili ______________ mühərrik №-si ______________ şassi №-si ______________ ban №-si ______________ «__»______________19____ ildə DYP tərəfindən verilmiş ______________________________________________________________________________

(qeydiyyat məntəqəsinin adı)

______________________ seriyalı ________________ №-li qeydiyyat şəhadətnaməsi dəyəri ______________________ manat olan nəqliyyat vasitəsini ___________________ ______________________________________________________________________________

(fiziki şəxs və ya hüquqi şəxs, adı)

məxsus olan mərkası ________________________________ dövlət qeydiyyat nişanı ______________ buraxılış ili ______________ mühərrik №-si ______________ şassi №-si ______________ ban №-si ______________ «__»______________19____ ildə DYP tərəfindən verilmiş ____________________________________________________ ______________________________________________________________________________

(qeydiyyat məntəqəsinin adı)

______________________ seriyalı ________________ №-li qeydiyyat şəhadətnaməsi dəyəri ______________________ manat olan nəqliyyat vasitəsi ilə dəyişdirir.

2. Bu müqavilənin bir nüsxəsi __________________________________________________ ______________________________________________________________________________

(qeydiyyat məntəqəsinin adı)

DYP-də saxlanılır və dəyişən tərəflər də istəyindən asılı olaraq hərəsi bir nüsxə alır. ***

______________________________________________________________________________

(müqavilə bağlayan tərəfin s.a.a., imzası)

______________________________________________________________________________

(müqavilə bağlayan tərəfin s.a.a., imzası)

3. Müqavilədə göstərilənlər DYP-nin əməkdaşı ________________________________ ______________________________________________________________________________

(qeydiyyat məntəqəsinin əməkdaşının soyadı)

tərəfindən yoxlanıldı və bu təqdim edilmiş sənədlərə uyğun gəlir.

4. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün rüsum «__»______________19____ il tarixli ____ №-lisənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla __________________ məbləğində ödənilib.

Qeydiyyat məntəqəsinin
möhürü üçün yer
Qeydiyyat məntəqəsinin rəhbəri

_______________________

(soyadı, adı, imza)

«__»______________19____ il

Qeydiyyat məntəqəsinin rəhbəri

«__»______________19____ il

____________________________

(soyadı, adı, imza)

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli

39 nömrəli qərarı ilə

təsdiq edilmiş

Əsasnaməyə

3 nömrəli əlavə

üz tərəfi

DYP orqanının adı ____________________________________

________________________________________________________

Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələrinin müvəqqəti uçot
Talonu

Arxa tərəfi

seriyası _____________________________ №-si ___________________________________

Marka, model ________________________, buraxılış ili ________________________

Nəqliyyat vasitəsinin tipi _______________, banın tipi _________________________

Dövlət qeydiyyat nişanı _______________________________________________________

Qeydiyyat şəhadətnaməsi __________________________ №__________________________

Daimi qeydiyyat yeri ___________________________________________________________

Sahibi və ya onun nümayəndəsi: _________________________________________________

______________________________________________________________________________

Müvəqqəti olacağı yerin ünvanı: ______________________________________________

______________________________________________________________________________

Etibarlıdır _______________________________________________________________

______________________________________

(DYP orqanının adı)

______________________________________

(imza)

Möhür yeri «__» ________________ 19__ il

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli

39 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və

girov qoyulması

Qaydası

  1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra «nəqliyyat vasitələri») özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir.

1.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır.

1.3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra «qeydiyyat məntəqələri») müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır.

1.4. Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanunpozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir.

  1. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışın verilməsi qaydası

2.1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs (bundan sonra «ərizəçi») müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsi nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış (bundan sonra «arayış») verir.

2.2. Ərizəçi tərəfindən bir neçə nəqliyyat vasitəsi təqdim edildikdə hər bir nəqliyyat vasitəsi üçün ayrıca arayış verilir.

2.3. Nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq və digər səbəblər üzündən mümkün olmadıqda, qeydiyyat məntəqəsi həmin nəqliyyat vasitəsinin olduğu yer üzrə onun müayinəsini keçirdə bilər.

2.4. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edilməklə və ya nəqliyyat vasitəsi başqasına verilməklə əlaqədar çıxarıldıqda, onun sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə bu qaydaların 2.1 bəndində nəzərdə tutulmuş müvafiq arayış verilir.

2.5. Arayış nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotda olduğu ərazi üzrə qeydiyyat məntəqəsi tərəfindən verilir. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmış və Azərbaycan Respublikasına özgəninkiləşdirilmə məqsədilə gətirilmiş nəqliyyat vasitələrinə müvafiq arayış Azərbaycan Respublikasının DİN Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən müvafiq gömrük sənədləri olduqda verilir.

2.6. Nəqliyyat vasitəsi qeydiyyat məntəqəsinin fəaliyyət göstərdiyi ərazinin hüdudları daxilində mülkiyyətçilərin istəyindən asılı olaraq qeydiyyat məntəqəsində alqı-satqı müqaviləsi əsasında təkrar qeydiyyata alındıqda, bu qaydalarda nəzərdə tutulmuş tərzdə müayinədən keçirilir və nəticəsi barədə qeydiyyat ərizəsində müvafiq qeydlər edilir.

2.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə daimi uçotda olan və qeydiyyat məntəqəsinin fəaliyyət göstərdiyi ərazisinin hüdudlarından kənarda icarə müqaviləsi, etibarnamə əsasında müvəqqəti uçota alınmış nəqliyyat vasitələrinə müvafiq arayış Azərbaycan Respublikasının DİN DYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən müvafiq yoxlamalar aparıldıqdan sonra verilə bilər.

2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir:

1) bu qaydaların 2.8 bəndində göstərilən hallar aşkar olunduqda;

2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda;

3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.10. Ərizəçi, arayış verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra müvafiq arayışı almaq üçün bu qaydalara uyğun olaraq qeydiyyat məntəqəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

  1. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış

3.1. Arayışda aşağıdakılar göstərilir:

1) qeydiyyat məntəqəsinin adı;

2) nəqliyyat vasitəsi sahibinin — fiziki və ya hüquqi şəxsin adı və hüquqi ünvanı;

3) nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsi, mühərrik, ban və şassi nömrələri, rəngi və buraxılış ili;

4) keçirilmiş müayinənin və yoxlamanın nəticəsi;

5) arayışın qüvvədə olma müddəti;

6) arayışın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Arayış qeydiyyat məntəqəsinin rəhbəri tərəfindən imzalanır və möhür ilə təsdiq olunur.

  1. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışın müddəti

4.1. Arayış on gün müddətinə verilir.

4.2. Müddəti bitmiş arayış etibarsız sayılır.

  1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulmasının zəruri şərtləri

5.1. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış ərizəçi tərəfindən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini və girov qoyulmasını sənədləşdirən orqana təqdim edilir. Müvafiq əqd bağlanması barədə həmin orqan tərəfindən verilən sənəddə arayışı verən qeydiyyat məntəqəsinin adı, arayışın qeydiyyat nömrəsi və verilmə tarixi göstərilir.

  1. Məsuliyyət

6.1. Bu qaydaların pozulmasına görə məsuliyyət qüvvədə olan qanunvericiliyə uyğun ümumi qaydada müəyyən olunur.

6.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulmasını həyata keçirən orqanların qərarlarından və hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət oluna bilər.

* Qeyd: Nəqliyyat vasitəsinin mülkiyyətçisi (mülkiyyətçinin nümayəndəsi) — nəqliyyat vasitəsinin sahibi olan fiziki, yaxud hüquqi şəxs və ya qüvvədə olan qanunvericilik aktları əsasında və hüdudunda nəqliyyat vasitəsinə malik olan, yaxud ondan istifadə edən və ya onun sərəncamçısı olan şəxsdir.

** Bundan sonra «nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar».

*** Müqavilənin nüsxələrinin sayı tərəflərə lazım olan miqdarda müəyyən edilir.