Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarında vakant olan orta və böyük  rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar

müsahibə mərhələsinin keçirilməsi ilə bağlı

E L A N

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində vakant olan orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar 4 iyun 2018-ci il tarixdə elan edilmiş müsabiqənin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş test imtahanlarından müvəffəqiyyətlə keçmiş pedaqoji və hüquq təhsilli namizədlərlə 26 sentyabr 2018-ci il tarixdə saat 1100-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən müsahibə mərhələsi keçiriləcəkdir.

Qeyd: – Müsahibədə iştirak edəcək namizədlər müsahibənin başlanmasından bir saat əvvəl, şəxsiyyət vəsiqələri ilə birlikdə Nazirliyin Kadrlar Şöbəsinə müraciət etməlidirlər.

           – Müsahibə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında keçiriləcək.