Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub
İyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin etibarlı təmin olunduğunu, eyni…