21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Muxtar Respublikanın Prokurorluğu, eləcə də Kəngərli rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qarabağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında…