Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə 2024/2025-ci tədris ili üçün kursant qəbuluna dair E L A N

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinə əyani təhsil üzrə kursant qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi”nin tələblərinə uyğun olaraq, Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 175…