Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 14-də və 15-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Gəncə şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Gəncə, Kəlbəcər, Xocalı, Goranboy,…