Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
İyulun 10-da Daxili İşlər Nazirliyində 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının da növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan…