Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalayıb, 28 noyabr 2022-ci il tarixdə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası…

Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanışlıq olub

Martın 11-də – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanış olub. Səlahiyyətli nümayəndə hərbi hissənin xatirə kitabını yazıb. Hərbi hissənin balansında olan silah, xüsusi vasitələr, avtomobil və…