Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilib
Ümumdünya Şahmat Federasiyası Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı qərar vermiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 21 iyun tarixli Sərəncamına əsasən olimpiadanın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmış, olimpiadaya hazırlıq işləri başa çatdırılmışdır. Oktyabrın 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının…