Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və İstanbul Texnik universitetlərinin rektorları ilə görüşüb. Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirib, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür edib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti…