Naxçıvan Muxtar Respublikasında təltiflərin təqdimatı olub
Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının, eləcə də “Rəşadətli əməyə görə” nişanının təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə və göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb və qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Sonra…