Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb. Ali Məclisin Sədri ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının blokada şəraitində yaşadığını bildirib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji…