İctimai təhlükəsizliyin qorunması diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyun ayında fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində qurmuşdur. Bu dövrdə vətəndaşlar arasında hüquqi maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib. Ay ərzində aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 2 avtomat, 1 pulemyot, 1 tapança, 1 TOZ-8, 1 qaz tapançası, 2 ov silahı, 2 tir silahı, 3 əl…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib

 İyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib. 1. 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Iyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Ali Məclisin Sədri səfiri salamlayıb, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və Naxçıvana səfərindən məmnunluğunu bildirib. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus…

Naxçıvan şəhərində Modul tipli Xəstəxana istifadəyə verilib

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritetidir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm…