Quruculuq tədbirləri turizm bölgəsi olan Unus və Pəzmərinin inkişafına töhfədir
Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur. İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanmışdır. Bildirilmişdir ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otağı,…