Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib

İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Görülən işlər sırasında ordu quruculuğu mühüm əhəmiyyət daşıyır. Ümummilli liderimiz Heydər…