Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı olub
İyunun 24-də Babək Rayon Mədəniyyət Sarayında Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il iyunun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Nehrəm…