Yaşıllıqlara qulluq sağlamlığımızı qoruyur
Naxçıvanda iməcilik keçirilib

Muxtar respublikada həyata keçirilən ekoloji siyasət nəticəsində geniş yaşıllıq zolaqları, meyvə bağları salınmışdır. Bu da ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir. İməciliklər zamanı ağaclara aqrotexniki qulluq göstərilməsi, təmizlik və səliqə-səhman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Görülən işlərin nəticəsidir ki, insanlar təbiətlə bir vəhdət şəklində yaşayır, zəngin flora və…