Naxçıvanın enerji tələbatının əsası bərpa olunan enerji mənbələri hesabına ödənilir
Ordubad rayonunun Tivi kəndində yeni su elektrik stansiyası tikiləcək
Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra iqtisadi inkişafın prioritet istiqaməti kimi enerji təhlükəsizliyinin təmin olunması sahəsində kompleks tədbirlər görülmüşdür. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuş, enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Muxtar respublikada alternativ və bərpa olunan…