Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlmişdir. Hazırda torpaq mülkiyyətçisi…