Naxçıvanda idman festivalı keçirilib

Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilib. Festival iştirakçıları ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub, xatirə şəkli çəkdiriblər. Festival başlamazdan əvvəl “Saat meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət…