Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ÇIXIŞI
Hörmətli deputatlar və sessiya iştirakçıları! Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən çağırışdakı fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasi xətti muxtar respublikada inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmiş, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülmüşdür. Nəzərdə tutulan proqramlar vaxtında icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, ordu quruculuğuna…