Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş ilə görüşüb. Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına səfərinə görə Türkiyənin Diyanət İşləri Başqanına təşəkkür edərək deyib: Naxçıvan İslamın qapısıdır. Ona görə ki, İslam Naxçıvanda könüllü qəbul olunmuş, dini dəyərlərimiz qorunub yaşadılmışdır. Bu gün muxtar respublikada 211 məscid…