Daxili Qoşunların gənc əsgərləri and içiblər

Daxili Qoşunların Naxçıvan Əlahiddə əməliyyat birqadasında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Mərasimə hazırlıq barədə raport verildikdən sonra Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra  gənc əsgərlər hərbi and içiblər.…