Müharibə veteranlarına avtomobillər təqdim olunub

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olan vətəndaşlara qayğı ilə yanaşıb. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xətt hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müharibə veteranlarına diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Mayın 9-da – faşizm üzərində Qələbənin 74-cü…

Naxçıvanda faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd olunub

Mayın 9-da Naxçıvan şəhərindəki Xatirə kompleksində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İkinci Dünya müharibəsi veteranları ilə görüşüb, onları faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad edib. Mərasim…