Daxili işlər orqanları öz işlərini günün tələbləri səviyyəsində qurub
Bunu birinci rübün statistikası da təsdiq edir

Günü-gündən inkişaf edən muxtar respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə ciddi önəm verilir. Öz fəaliyyətini bu prinsip əsasında quran Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin timsalında bunu bariz şəkildə görə bilərik. Müasir iş şəraitinin yaradıldığı, güclü əmək intizamının bərqərar edildiyi nazirlikdə yeni iş metodlarının tətbiqi diqqət mərkəzində saxlanılır, vətəndaşpolis münasibətləri daha…