Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşüb. Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı tərəfindən muxtar respublikada həyata keçirilən layihələrin uğurlu…