Cüdo birinciliyi başa çatıb
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən cüdo üzrə birinciliyə yekun vurulub. Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 13 komandanın 82 idmançısı mübarizə aparıb. Nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov və digərlərinin çıxışlarından sonra yarışa start verilib. Bütün rəqiblərinə qalib gələn Xətai Qənbərov (60 kiloqram), Rəşad Həsənov (66 iloqram),FiruzRamazanlı(73 kiloqram),Rza İsmayılov (81 kiloqram, hamısı Daxili Qoşunlar), Əli İsmayılov…