Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü yad edilib

Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü Naxçıvan Muxtar Respublikasında yad edilib. Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib, “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Sonra dövlət himni səslənib. Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə…

Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub

Yanvarın 19-da Naxçıvanda bir şəhid ailəsinə və bir Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə isə minik avtomobili təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və sağlamlıq imkanları məhdud şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir.…