Daxili İşlər Nazirliyinin əməkdaşları əsgərlərə bayram sovqatı aparıb

Bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları  31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibəti ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat briqadasına gedərək, əsgərlərə bayram sovqatı təqdim ediblər. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əsgər və zabitləri bayramlar münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar diləyib. Əsgərlərdən Həsənxan Həsənxanlı və Çingiz…