Naxçıvan teatrında Hüseyn Cavidin “Xəyyam” dramı tamaşaya qoyulub

Dekabrın 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxıb. Görkəmli filosof-şair, dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə yeni mərhələnin – mənzum dramın əsasını qoyub. Şərq klassik poeziyasının dahilərindən olan şair-mütəfəkkir Ömər Xəyyamın…