Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşmüşdür. Ali Məclisin Sədri Türkiyə Böyük Millət Məclisinə deputat və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbər seçilməsi münasibətilə Şamil Ayrımı təbrik etmiş, bu seçimin Azərbaycan-Türkiyə əlaqələri üçün faydalı olacağını bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə…