Naxçıvanda Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib. Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Türkiyənin Naxçıvandakı baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 95-ci ildönümü münasibətilə…