Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir
Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçirilir. Tədbirin aparıcıları xalqımızın arıçılıq və bal istehsalı ilə hələ eramızdan əvvəlki dövrlərdən məşğul olması barədə məlumat verib, arıçılıqla bağlı yaranan folklor nümunələrini, atalar sözlərini, zərbi-məsəlləri festival iştirakçılarının diqqətinə çatdırıblar. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov…