Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilmişdir

Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir”, – fikrini xatırladaraq demişdir: Ümummilli liderimiz Azərbaycana hər…

Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur !

Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur ! Respublikamızda sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılmasına göstərilən dövlət qayğısı və səmərəli idarəetmə sisteminin yaradılması nəticəsində keçmişdən miras qalmış ekoloji problemlər aradan qaldırılmış, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaradılmışdır. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ…

Yengicə hamamı bərpa olunub

Abidələr hər bir xalqın tarixi yaddaşıdır. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqətdə saxlanılır. Son illər tarixi abidələrimiz – qalalar, türbələr, məscidlər, buzxanalar və hamamlar ilkin görkəmi saxlanmaqla bərpa olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 5-də Yengicə kəndindəki qədim hamam bərpadan sonra istifadəyə verilib.…

Şərur rayonunun Yengicə kəndində içməli su şəbəkəsi istifadəyə verilib

Muxtar respublikamızda insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Bu günə qədər muxtar respublikanın 4 şəhərində və 12 kəndində içməli su şəbəkəsi qurulub. İnsan amilinə verilən qiymətin daha bir ifadəsi olan bu tədbir Şərur rayonunun Yengicə kəndini də əhatə edib, kənddə yeni içməli su şəbəkəsi qurulub. Naxçıvan…