Daxili İşlər Nazirliyinin “Veteranlar Şurası”nın yeni tərkibi seçildi
Bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Daxili İşlər Nazirliyi Veteranlar Şurasının ümumi yığıncağı keçirilib. Yığıncaqda nazirliyin aparatının aid xidmətləri, şəhər və rayon polis idarələrinin rəisləri və polis veteranları iştirak ediblər. Yığıncağı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb. “Naxçıvan Muxtar Respublikası Daxili İşlər orqanlarının polis veteranları ilə aparılan işinin vəziyyəti…