Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib. Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib. Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlayıblar. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif…