Şərur rayonunun İbadulla kəndində kompleks quruculuq işləri aparılıb

Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun İbadulla kəndində də geniş quruculuq işləri görülmüş, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur. Bilik Günü İbadulla kənd tam orta məktəbinin yeni binasının  istifadəyə verilməsi ilə qeyd olunmuşdur…