Naxçıvan şəhərindəki tarixi binalar yenidən qurulur
Muxtar respublikada tikinti-quruculuq işləri aparılarkən tarixiliklə müasirlik vəhdətdə götürülür. Naxçıvan şəhərinin qədim arxitekturası və memarlıq quruluşu qorunub saxlanılır. Tarixi binaların yenidən qurulması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Hazırda Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada yenidənqurma işləri aparılır. Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada aparılan yenidənqurma işləri ilə tanış olub.…