Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişdir. Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoymuşlar.…