Daxili İşlər Nazirliyinin əməkdaşları arasında birincilik təşkil edilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında ağırlıq çəki daşlarının qaldırılması və armreslinq (qol güləşi) üzrə birincilik keçirilib. Birinciliyi keçirməkdə məqsəd Bakı şəhərində təşkil olunacaq Daxili İşlər Nazirliyinin əməkdaşları arasında çoxnövçülük yarışında muxtar respublika komandasının heyətini formalaşdırmaq və birinciliyə hazırlaşmaq olub. Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin…