V fəsil. Yekun müddəalar

 

Maddə 20. Terrorçuluğa qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarət

Terrorçuluğa qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarəti Azərbaycan Respublikasının baş prokuroru və ona tabe olan prokurorlar həyata keçirirlər.

Terror fəaliyyətinə görə təşkilatın məsuliyyətə cəlb olunması barəsində ərizə ilə məhkəməyə Azərbaycan Respublikasının baş prokuroru və ya ona tabe olan prokurorlar müraciət edirlər.

Maddə 21. Terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Maddə 22. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 18 iyun 1999-cu il

№ 687-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 avqust 1999-cu il, № 198).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 475).

5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli; 17 may 2002-ci il tarixli 332-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 977-IIQD nömrəli; 16 dekabr 2008-ci il tarixli, 741-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 973-IIIQD nömrəli; 14 mart 2014-cü il tarixli, 921-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.