Etik Davranış
Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmişdir DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ ETİK DAVRANIŞ KODEKSİ Ümumi müddəalar. Dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını…