Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ilə görüşmüşdür. Ali Məclisin Sədri qonağı salamlamış və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Səmimi qəbula görə minnətdarlıq edən George Leuka Naxçıvanın tarixi və müasir inkişafı haqqında məlumata malik olduğunu bildirmişdir. Qonaq muxtar respublikaya səfərinin əməkdaşlıq imkanlarının…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Almaniyanın “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Kröner ilə görüşüb. Ali Məclisin Sədri Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin tikintisinin uğurla başa çatması münasibətilə “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Krönerə təşəkkür etmişdir. Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi nəticəsində 500 hektar torpaq sahəsinin su ilə təmin…

“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir

Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də elmi-təcrübi fəaliyyətin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Naxçıvan Muxtar Respublikasında bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması da bu sahədə görülən işlərin davamıdır. İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxmışdır. Məlumat…

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilmişdir

İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci…

Naxçıvan şəhərdaxili avtomobil yolları yenidən qurulacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında”. Ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını təmin etmişdir. Muxtar respublikada iqtisadi inkişafın başlıca şərtlərindən və sosialyönümlü…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. Ali Məclisin Sədri səfirlə yenidən görüşündən məmnunluğunu bildirdi və bunu əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın ərazi bütövlüyünün Hindistan tərəfindən beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləndiyini vurğulayan Ali Məclisin Sədri qeyd etdi ki, bu, ölkələrimiz arasındakı yaxşı…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Orqanlarının orta və böyük rəis heyətlərində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Orqanlarının orta və böyük rəis heyətlərində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı   (Pedaqoji təhsillilər üçün) Daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili xidmətinə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri…

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Orqanlarının orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Orqanlarının orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı (hüquqşünaslar üçün) Daxili işlər orqanlarının orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə…

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Orqanlarında orta və böyük rəis heyəti üzrə müsabiqəyə elan olunan vakant vəzifələrin siyahısı

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Orqanlarında orta və böyük rəis heyəti üzrə müsabiqəyə elan olunan vakant vəzifələrin siyahısı Polis sahə inspektoru – 22 yer, (hüquqşünas) Əməliyyat müvəkkili – 6 yer, (hüquqşünas) Müstəntiq və təhqiqatçı – 2 yer, (hüquqşünas) Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor– 3 yer, (pedoqoji, maarif, humanitar və sosial istiqamətlər) Post-patrul…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi vakant olan orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Qeyd: Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqənin müddəti 20 iyul 2018-ci il tarixədək artırılmışdır.

Qeyd: Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqənin müddəti 20 iyul 2018-ci il tarixədək artırılmışdır. Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta və böyük rəis heyəti üzrə 53 vakant vəzifənin komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – Azərbaycan Respublikasının daxili…